"Bir daha heç vaxt ABŞ-ı təhdid etməyin, əks halda tarix boyu bəzilərinin yaşadıqları kimi bunun acısını çəkəcəksiniz, artıq, şiddət və ölüm haqqındakı çılğın sözlərinizə dözəcək ölkə olmayacağıq".
Ovqat.com xəbər verir ki, bu təhdid dolu mesajı ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhaniyə ünvanlayıb.
Prezident özünün twitter hesabında Ruhanini "diqqətli olmağa" dəvət edib.
Qeyd edək ki, ABŞ prezidentini qəzəbləndirən, Həsən Ruhaninin bir müddət əvvəl İrana tətbiq ediləcəyi gözlənilən sanksiyalarla bağlı açıqlaması olub. Həmin açıqlamasında Trampı "aslanın quyruğu ilə oynamamağa" çağıraraq bildirmişdi:
"Cənab Tramp, biz tarix boyu regionda su yollarının təhlükəsizliyinin təminatı olduq. Aslanın quyruğuyla oynama, peşman olarsan. İki yolumuz var; ya müqavimət göstərəcəyik, ya təslim olacağıq. ABŞ-la danışıqlar masasına oturmaq təslim olmaq deməkdir".
Ruhaninin bu açıqlaması daha sonra dini lider Əli Hüseyn Xamneyi tərəfindən də müdafiə olunmuşdu.
Ülkər Fətəliyeva
Paylaş: