“Bir payız günü” adlı İlk hekayələr kitabı 1981-ci ildə işıq üzü görən tanınmış yazıçı Bayram İsgəndərlinin indiyə qədər “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”, “Qorxaq ayı balası Toxmaq”, “Çil Xoruzun aqibəti” kitabları üşıq üzü görüb.
“Bu qatar hara gedir?” kitabı tanınmış yazıçı Bayram İsgəndərlinin sayca doqquzuncu kitabıdır. Bu günlərdə işıq üzü görən kitab oxucularla görüşə nə az, nə çox, düz iyirmi altı il gecikib. 1992-ci ildə “Yazıçı” nəşriyyatında çap edilməsi nəzərdə tutulan “Bu qatar hara gedir?” nəşriyyatın üzləşdiyi maliyyə çətinlikləri üzündən nəşr edilmədi. Yazıçı həmin hadisəni belə xatırlayır:”Bu kitab eləcə qaldı. Qanadı qırılmış, yaxud da köksündən yaralanmış quş kimi. Bu yaraların sağalması illərlə çəkdi.”
"Elm və Təhsil" nəşriyyatının təqdim etdiyi iki yüz səhifəlik kitabda yazıçının o illərdə müxtəlif mövzularda yazdığı altmış iki hekayə toplanmışdır. İctimai həyata müxtəlif rakurslardan yanaşan yazıçının hekayələrinin əsas qayəsini vətənə, torpağa məhəbbət hissləri təşkil edir.
Heç şübhə yoxdur ki, “Bu qatar hara gedir?” kitabı da yazıçının əvvəlki kitabları kimi yeni-yeni oxucu sevgisi qazanacaq.
Ovqat.com
Paylaş: