Xəbər lenti

 Bu günlərdə yazıçı-jurnalist Hüseyn Əsgərovun  yeni kitabı araya-ərsəyə gəlib. Yazıçı öz yaradıcılıq üslubuna sadiq qalaraq yenə də bir az duzlu-məzəli, bir az da düşündürücü publisistikası ilə oxucuların görüşünə gəlib.
  “Gülüşlərin cingildəsin saz kimi” adlı yeni toplu Naxçıvanın  “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görüb. Qeyd edək ki, istedadlı nasir Hüseyn Əsgərov  tarixən Şərqin qapısı sayılan Naxçıvanda yaşayıb-yaradır. Bu qədim Azərbaycan diyarı yazıçının ilham mənbəyidir. Möhtəşəm Naxçıvanın dünəni, bu günü, sabahı  tanınmış qələm ustasının istər bədii, istərsə də publisist yaradıcıığında tam mənada, bütün çalarlarıyla öz əksini tapır. İki yüz səfifəlik kitab Muxtar respublikanın bu günkü inkişafına, tərəqqisinə güzgü tutur, onu Ümumazərbaycan oxucusunun malına çevirir.
  Publisistika bölümündə yer alan “İstiqlal qığılcımları”, “Ürək deyir yaşa hələ”, “Obaları oymaq-oymaq”, “Gülüşlərin cingildəsin saz kimi” və başqa publisistika nümunələri Naxçıvanın bu günkü tərəqqisini, Ümumazərbaycan fonunda inkşafını əks etdirir.
Kitabda həmçinin dünya klassikasından yeni tərcümələr də yer alıb.
  Çexovun “Hiylə”, Əziz Nesinin “İşdən çıxarılmış məmur”, Efraim Kişonun “Alman lətifə dinləyir” və başqa tərcümələr yazıçının tərcümə imkanlarını da ortaya qoyur.
   İnanırıq ki, istedadlı qələm dostumuzun yeni kitabı oxucu rəğbəti qazanacaq, onun oxucu auditoriyasını xeyli genişləndirəcək.
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 536          Tarix: 12-09-2017, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma