Xəbər lenti

 

İranda müxtəlif dövlət müəssisələrində işləyən onlarla “agent” həbs olunub.

Ovqat.com xəbər verir ki, məlumatı İranın kəşfiyyat naziri Mahmud Əlavi açıqlayıb.

Yarırəsmi xəbər agentliyi İSNA-ya açıqlama verən nazir həbs edilən şəxslər arasında ikili vətəndaşlığı olan iranlıların da yer aldığını bildirib.

İranda casusluq fəaliyyəti edamla cəzalandırılır. Həbs olunan şəxsləri də eyni aqibət gözləyir.

Son zamanlar təkcə İranda yox, ümumiyyətlə bir çox müxtəlif ölkələrdə “casus ov”larının artdığı müşahidə olunur. Bir müddət əvvəl Çin ABŞ-ın bu ölkədəki casus şəbəkəsini aşkara çıxartdığını bildirmiş və 30-dan çox insanı edam etmişdi. Çinin bu addımı Vaşinqtonla Pekin arasında ciddi ixtilaflara yol açmışdı. 




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 29-08-2018, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma