Sadələşdirilmiş vergi sistemi tədricən ƏDV ilə əvəzləşdirilə bilər.
Eaudit.az xəbər verir ki, Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramından belə aydın olur.
Proqramda bununla bağlı deyilir:
“Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır”.
Bəs, bu dəyişiklik hansı zərurətdən doğub və vergi ödəyicilərini nə gözləyir.
Auditorlar Palatasının Hüquq və Qanun yaradıcılığı şöbəsinin sədri, iqtisadçı ekspert Elçin Qurbanov son video-açıqlamasında bu suala aydınlıq gətirib. Videonu təqdim edirik:
Paylaş: