Xəbər lenti

  

İranda Rejim Məsləhətlərinin Diaqnozu Şurasının sədri Mahmud Haşimi Şahrəvi dünən həyatını itirib.

Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, Şahrəvi uzun sürən xəstəliyinin ağırlaşması səbəbindən qaldırıldığı xəstəxanada son nəfəsini verib.

 Ayətullah Mahmud Haşimi Şahrəvi 2017-ci ilin avqust ayında dini lider Xamneyi tərəfindən sözügedən posta təyin olunmuşdu. Ondan əvvəl isə bu vəzifəni ötən ilin yanvar ayında ölən Haşimi Rəfsəncani yürüdürdü.

Rejim Məsləhətlərinin Diaqnozu Şurası ölkədə Konstitusiya Şurası ilə İslami Şura arasındakı mümkün münaqişələri həll etməklə yükümlü və ölkənin dini lideri siyasi məsləhətlər vermək üçün yaradılmış bir qurumdur.  

 15 Avqust 1948 tarixində İraqın Nəcəf şəhərində anadan olan Şahrəvi eyni zamanda dini bir təqlid olaraq qəbul edilirdi və İranın ən zəngin şiə alimləri arasında yer alırdı. İraq vətəndaşlığı da olan Şahrəvi Nəcəfdə təhsil almış və 1980-ci illərdə İraqın mühüm şiə quruluşlarından olan İraq İslam İnqlabı Şurasına sədrlik etmişdi. Bu bir İraqın Xümeynisi hesab olunurdu.

 İranda inqilab sonrası bir çox mühüm vəzifələrdə xidmət göstərən Şahrəvi Xamneyi sonra İranın başına gələ biləcək adlar arasında göstərilirdi.




Ana səhifəyə qayıt        Baxış: 779          Tarix: 25-12-2018, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma