Xəbər lenti

 

Bu gün Tehranda Azadi meydanında keçirilən İran İslam inqilabının 39-cu ildönümünə dini lider ayətullah Xamaneyinin qatılmaması onun ölüm xəbərlərinin yayılmasına səbəb olub.

Ovqat.com xəbər verir ki, bəzi İran mətbuatı da bu ehtimaldan bəhs edib.

Hər il ildönümü mərasimlərinə qatılan Xamaneyinin budəfəki yoxluğunun şübhələrə yol açması səbəbsiz deyil. Dini lider uzun müddətdir ki, bağırsaq xərçəngindən əziyyət çəkir və son zamanlar onun səhhətində ciddi problemlərin yarandığı bildirilir.

Ayətullah Xamaneyinin 3 gündür ki, gözə görünməməsi də bu şübhələri artırır.




Ana səhifəyə qayıt        Baxış: 1 269          Tarix: 12-02-2018, 01:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma