İrandakı hakimiyyətə qarşı aksiyaların törədilməsində ABŞ-ı günahlandıran İran dini lideri Ayətullah Əli Xamneyi ABŞ prezidenti Donald Trumpı sərt tənqid atəşinə tutub.
Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, dini lider Trampı "əqli tarazlığı yerində olmayan adam” adlandırıraq, törətdiklərinin cavabsız qalmayacağını bildirib.
İranda 28 Dekabrda başlayan etiraz aksiyalarının mütəşəkkil bir hərəkət olduğunu ifadə edən Xamneyi etiraz nümayişlərinin ABŞ və İsrail tərəfindən planlaşdırıldığını, Fars körfəzindəki zəngin bir ölkənin isə bu planı maliyyələşdirdiyini və icraçı kimi isə “Xalqın Mücahidləri Təşkilatından istifadə olunduğunu irəli sürüb.
Xamneyi, başda ABŞ olmaqla, İranda təxribat törətmək istəyən dövlətləri təhdid etməkdən də çəkinməyib: "Başınız daşa dəydi. Təkrarlayacağınız təqdirdə yenə də uğursuz olacaqsınız. Neçə gün ərzində İrana zərər verdiniz; bu, əvəzsiz qalmayacaq. Amerikalıların özlərinin belə etiraf etdiyinə görə, ağlı tarazlığı yerində olmayan bu adam sünni oyunlarının cavabsız qalmayacağını bilməlidir".
Qeyd edək ki, Xamneyi “əqli tarazlığı yerində olmayan adam” dedikdə Donald Trampı nəzərdə tutur və fikrini amerikalıların etirafına istinadən əsaslandırmağa çalışır. Dini liderin istinad nöqtəsi isə ABŞ-da dərc olunan bir kitabdır. Maykl Volff adlı jurnalistin yazdığı və ciddi polemikalara səbəb olan "Atəş və Qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitabda ABŞ prezidentinin əqli problemlərindən bəhs edilib və onun psixiatr nəzarətində yaşadığı irəli sürülüb.
Kitab ABŞ-da o qədər ciddi qarşılanmışdı ki, hətta ABŞ prezidenti Donald Tramp öz məşhur “Twitter” səhifəsində nəinki ağıllı, hətta dahi olduğunu sübut etmək məcburiyyətində qalmışdı.
Paylaş: