Xəbər lenti

 

Ermənistan son bir aydır ki, xaricdəki erməni diasporunun iştirakı ilə 1990-cı ilin yanvarında Bakıda guya ermənilərə qarşı qətliam törədildiyi ilə bağlı kampaniyaya start verib.

Bəs rəsmi Bakı erməni yalanına qarşı mübarizə çərçivəsində hansısa addımlar atmalıdırmı? Ümumiyyətlə, bu kampaniyanın əsl mahiyyəti nədən ibarətdir?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu “ermənilərin Bakı qətliamı” uydurmasının arxasında Rusiya faktorunun dayandığına diqqət çəkdi:

“Bu kampaniyanın mahiyyəti 1990-cı ildə rus qoşunlarının Azrbyacana yeridilməsi və ona haqq qazandırılmasından ibarətdir. Bu, Rusiyanın siyasətidir. Azərbaycanı KTMT-ə daxil etmək istəyirlər. Bu yoldakı manelərədn biri rusların Azərbyacana qarşı törətdiyi qanlı qətliamdır. Indi belə bir təsəvvür yaratmağa çalışırlar ki, rus qoşunları guya erməniləri qətliamdan qurtarmaq üçün Bakıya daxil olub. Halbuki, ermənilərə qarşı heç bir zorakılıq sərgilənməyib. Hamımız bilirik ki, rus qoşunları Azrbycanı müstəqillik yolundan çəkindirmək üçün Bakıya daxil olub. Bunlar Ermənistan-Rusiya birliyinin Azərbaycana qarşı apardığı kampaniyadır. Azərbaycan tərəfi nə qədər ki, Rusiyanın Azərbyacana düşmən olduğunu açıq şəkildə demir, bu kampaniyaların arxasında Rusiyanın dayandığını bildirmir, bu cür addımlar davam edəcək”.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 358          Tarix: 23-01-2019, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma