Xəbər lenti

 

“Palmali” Şirkətlər Qrupunun sahibi, Azərbaycanda doğulmuş türkiyəli iş adamı Mübariz Mənsimov Rusiyanın “Lukoil” şirkətini məhkəməyə verib.

Ovqat.com yenicag.az-a istinadən xəbər verir ki, buna səbəb Rusiya şirkətinin “Palmali” ilə bağladığı müqaviləyə əməl etməməsidir.

“Palmali” “Lukoil”in neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə razılığa gəlmişdi. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə də imzalanmışdı. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. “Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.

Adının çəkilməsini istəməyən mənbə sayta məsələ ilə bağlı bunları söyləyib: “Ruslar “Palmali” ilə müqavilələri ola-ola gedib özlərinə yeni şirkət açıblar. “Litaska” “Lukoil”in İsveçrədəki bir şirkətidir. Amma indi məhkəməyə verildiyi üçün həmin şirkəti atıb qaçmaq istəyirlər. “Palmali” ilə 10 illik anlaşmaları vardı. Məhz bu anlaşma ilə əlaqədar onlardan təxminən 350 milyon dollarlıq gəmilər alınıb. “Palmali” də yeni gəmilər hazırlayıb. Amma 2-3 il əvvəl heç bir səbəb olmadan ruslar anlaşmanı pozdular. “Palmali” də dəyən ziyanı aradan qaldırmaq üçün məhkəməyə üz tutdu. Ruslara qarşı 1.750-2 milyard dollarlıq məhkəmə iddiası qaldırıldı”.

Qeyd edək ki, “Lukoil” dünyada ikinci ən böyük özəl neft şirkəti hesab olunur. Onun sahibi isə azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərovdur.




Ana səhifəyə qayıt        Baxış: 999          Tarix: 17-09-2017, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma