ABŞ-ın Ticarət Nümayəndəliyi bəzi Çin məhsullarına tətbiq etmək niyyətində olduqları əlavə verginin dekabrın 1-dən 15-dək təxirə salmağı qərara alındığını açıqlayıb.
APA CNN-ə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ-ın ticarət rəsmilərinin Çinin Ticarət Nazirliyinin vitse-prezidenti Liu He ilə telefon danışığından bir qədər sonra açıqlanıb.
Qeyd edilib ki, ABŞ-ın bu addımı səhiyyə, milli təhlükəsizlik və digər amillər səbəbindən qərara alınıb. Məhsullar arasında mobil telefonlar, noutbuklar, oyun konsolları, bəzi oyuncaqlar, kompüter monitorları, ayaqqabı və geyimlər yer alıb.
Bu arada ABŞ prezidenti Donald Tramp sosial media hesabında Çinin ABŞ-ın kənd təsərrüfatı məhsullarını satın alacağını ifadə edərək bildirib ki, Pekinin indiyə qədər etdikləri ilə söylədikləri üst-üstə düşməyib. Tramp əlavə edib ki, bəlkə bu dəfə fərqli olacaq.
Paylaş: