Xəbər lenti

 

“ABŞ-ın uçurumdan əvvəl atının cilovlarını çəkməsinə ümid edirik. Əks təqdirdə, Çin də öz milli maraqlarını qorumaq üçün sona qədər gedəcək”.

“Hürriyyət” xəbər verir ki, bu sözləri Çinin Ticarət Nazirliyinin sözçüsü Gao Fıng Pekində keçirdiyi mətbuat konfransında deyib.

O, ABŞ-ın Çinə tətbiq edəcəyi təxminən 60 milyard dollarlıq əlavə gömrük vergisinə qarşı çıxdıqlarını bildirərək, Vaşinqton rəhbərliyini təktərəfliliyi və kommersiya mühafizəkarlığını tərk etməyə çağırıb.

ABŞ-ın "səhv iqtisadi üsullarını" cinin şüşədən çıxmasına bənzədən sözçü bu tədbirlərin zəncirvari reaksiya verəcəyini və "kommersiya mühafizəkarlığı virüsünün" dünyaya yayılmasına yol açacağını düşünür.

 

 Vaşinqton rəhbərliyinin Çinə qarşı qəbul etdiyi kommersiya tədbirlərini "soyuq müharibə mentalitetindən irəli gələn və qalibi olmayan bir oyun" kimi səciyyələndirən Gao problemin qarşılıqlı və bərabər şərtlərdə müzakirəsi zamanı həll edilə biləcəyini vurğulayıb. O, həmçinin təktərəfli zorakı müzakirələri qəbul edəcəklərini də açıqlayıb.

 Xatırladaq ki, avqust ayında ABŞ Xəzinə Nazirliyi və Ticarət Nümayəndəliyi (USTR) Ağ Evin tələbilə 1974-ci il tarixli Ticarət Qanununun 301 nömrəli bölməsi çərçivəsində aparılan istintaq nəticəsində Çinin ABŞ-da istehsal edilən texnologiyalara çıxış üçün uyğun olmayan yollara əl atdığını müəyyənləşdirmiş, prezident Donald Tramp isə Çinə təxminən 60 milyard dollar məbləğində əlavə vergi yükləmiş, bəzi malların məhdudlaşdırmasını nəzərdə tutan sərəncam imzalamışdı. Sərəncam bəzi Çin mallarına 25 faiz əlavə gömrük vergisi gətirilməsini nəzərdə tutur.

 Çin də buna cavab olaraq, ABŞ-dan idxal edilən 3 milyard dollar dəyərində 128 məhsul üçün vergilərin iki mərhələli olaraq, 15 faiz və 25 faiz nisbətlərində artırılmasını planlaşdırır.




Ana səhifəyə qayıt        Baxış: 956          Tarix: 29-03-2018, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma