Xəbər lenti

 

Türkiyənin Marmara və İstanbul bölgələrində zəlzələ həyacanı davam edir. 

Bu gün saat 18:28 radələrində Silivri bölgəsində yeni tektonik hərəkətlər meydana gəlib.

Məlumata görə, zəlzələ 3 bal gücündə olub.

5,8 bal gücündəki zəlzələnin ardından bu gün Silivridə ard-arda bir neçə zəlzələ baş verdiyi bildirilir. 15:03 radələrində isə, Marmara dənizində 3,8 bal gücündə zəlzələ yaşanıb.

Qeyd edək ki, bu günə qədər baş verən silsilə zəlzələlərin toplam sayı 314 olaraq göstərilib.

Həmin zəlzələlər İstanbulda 473 yaşayış binasına xətər yetirib. 34 sakin yaralanıb. \\Yenicag




Ana səhifəyə qayıt        Baxış: 405          Tarix: 28-09-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma