Xəbər lenti

 AzTV QSC-nin sabiq sədri Arif Alışanovun şikayəti əsasında həbs edilən Şücayət Əkbərov saxlanılandan dərhal sonra onun və keçmiş həyat yoldaşı Səlimə Sadıqovun Bakıda və Şamaxıda yerləşən daşınar, daşınmaz əmlakları zorakılıqla əllərindən alınıb. 
Proses məhkəmə qərarı olmadan, polis əməkdaşları və notarius nümayəndlərinin iştirakı ilə həyata keçirilib.
 Ələ keçirilən əmlaklar sırasında Kənd Təsərrüfatı Nazirliyinin lizinqlə əldə olunmuş kənd təsərrüfatı texnikaları da var.
Azpost.info-ya daxil olan müraciətdə Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva nazir İnam Kərimova bu barədə maraqlı məqamlara diqqət çəkib.
 Cəmilə Tağıyeva qeyd edib ki, anası Səlimə Sadıqova Şamaxı rayonunda sahibkarlıq statusu olmayan fiziki şəxs kimi kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olub: “Mənimlə fiziki şəxs kimi “Aqrolizinq” Açıq Səhimdar Cəmiyyəti arasında bağlanmış 31.10.2016-cı il tarixli lizinq müqavilələrinə əsasən anamın istifadəsinə və sahibliyinə 52.000 manat dəyərində otbiçən (rotorlu) AGS165, kotan 5 gövdəli asma təkəri P5, yemqıran qoşuları LKS- FGWS, gübrəsəpən asılan LKS-FS 800, yemqarışdıran stasionar elektrik lukas, kotan 4 gövdəli təkərli p4, traktor Belarus-892 markalı texnikalar verilib. Həmin texnikalar atam Şücaət Əkbərov Arif Alışanov tərəfindən saxta, qurama ittihamlarla həbs edildikdən bir gün sonra, yəni 15 yanvar 2017-ci il tarixində zorla ələ keçirilib. Camal Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən, çəkinmədən etiraf etdi ki, qeyd olunan əmlakları mülkiyyətçinin razılığı olmadan əllərindən alıblar”.
Cəmilə Tağıyeva daha sonra “Aqrolizinq ” Açıq Səhimdar Cəmiyyətinin atdığı addımlara diqqət çəkir: “Bu təşkilat faktiki istifadəçələri olan şəxslərdən tələb etmək əvəzinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində həmin texnikaların məndən alınıb onlara qaytarılması və dəyərinin ödənilməsi barədə iddia qaldırıb. Halbuki, onlar iddia tələbim üzrə Nərimanov rayon məhkəməsində iştirak ediblər və texnikaların Arif Alışanovdan alınıb mənə qaytartılmasında maraqlı olublar. Eyni zamanda onlara gün kimi aydındır ki, bu texnikalar Arif Alışanovun Sabirabad, Quba, Zərdab, və Şamaxı rayonlarındakı təsərrüfatlarında istifadə olunmaqdadır. Lakin, iddia mənə qarşı qaldırılır.  Baxmayaraq, “Aqrolizinq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi də həmin məhkəmə prosesində iştirtak edib və anama verilən texnikaların Camal Nəbiyev və Arif Alışanov tərəfindən qanunsuz olaraq ələ keçirməsini təsdiq ediblər”.
Cəmilə Tağıyeva nazir İnam Kərimovdan xahiş edir ki, məsələyə obyektiv yanaşıb qanuni, hüquqi addımların atılmasını təmin etsin: “Cənab nazir, təqdim etdiyim faktlardan görünür ki, anam Səlimə Sadıqovaya qarşı qanunsuzluq həyata keçirilib. Lizinqlə alınan texnikalar faktiki bzidə yox, Arif Alışanovun istifadəsində olsa da, “Aqroliznq” onu bizdən tələb edir. Bu absurddur. Sizdən rica edirik, qanunamüvafiq tədbirlər görüb bu qanunsuzluğu aradan qaldırın”.




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 3-10-2019, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma