Xəbər lenti

 

2019-cu ildə Azərbaycanda Prezidenti İlham Əliyev bir çox siyasi və iqtisadi yeniliklərə imza atıb, kadr və struktur islahatları həyata keçirib. Bu ili yadda qalan hadisələrindən biri də Prezidentin nazirliklərlə bağlı apardığı kadr islahatlarıdır.

Axar.az İlham Əliyevin sərəncamı ilə bu il vəzifədən azad edilən nazirlərin siyahısını təqdim edir:

2019-cu il iyunun 20-də Prezident İlham Əliyev general-polkovnik Ramil Usubovun daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının digər sərəncamı ilə R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edildi.

Prezident Daxili İşlər naziri vəzifəsinə Vilayət Eyvazovu təyin etdi.

Prezident Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edərək, Müdafiə Sənayesi naziri təyin etdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini icra edən Əli Nağıyev gətirildi.

Bu ilin ən səs-küylü kadr islahatı isə oktyabrın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsi oldu. Prezidentin köməkçisi Əli Əsədov yeni Baş nazir təyin edildi.

Oktyabrın 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş nazirinin iki müavininin - Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbovun vəzifədən azad edilməsi haqqında sərəncam imzaladı.
Oktyabr 22-də Prezident İlham Əliyev Şahin Mustafayevi İqtisadiyyat naziri vəzifəsindən azad edərək, Baş nazirin müavini təyin etdi.

Oktyabrın 23-də Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilərək, İqtisadiyyat naziri vəzifəsinə təyin edilməsi barədə sərəncam imzaladı. Prezident həmçinin Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini İqtisadiyyat Nazirliyinə birləşdirdi.




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 25-12-2019, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma