Xəbər lenti


Yaponiyanın Naqasaki limanında bu ölkəyə məxsus “Costa Atlantica” kruiz gəmisində (uzunmüddətli səyahət məqsədləri üçün nəzərdə tutulan gəmi) təxminən 150 nəfər COVID-19-a yoluxub.
 
Ovqat.com-un məlumatına görə, gəmidə infeksiyaya təxminən 60 yeni yoluxma hadisəsi aşkar edilib.
 
Daha əvvəl isə gəmidə koronavirus infeksiyasına 91 yoluxma hadisəsinin qeydə alındığı bildirilmişdi.
 
Qeyd edək ki, bundan öncə iki kruiz gəmisində – “Diamond Princess” və “Koningsdam” gəmilərində də koronavirusa kütləvi yoluxma aşkarlanmışdı.


Ana səhifəyə qayıt        Baxış: 1 744          Tarix: 26-04-2020, 10:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma