Xəbər lenti


 
Rusiya koronavirus yoluxmalarının sayında bu gün öz rekordunu təzələyib.
 
Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, ötən 24 saatda ölkədə 11 min 231 yoluxma faktı qeydə alınıb. Gün ərzində ölənlərin sayı 88 nəfər olub.
 
Bununla da Rusiyada indiyədək koronavirusa yoluxanların sayı 177 min 160-a, ölənlərin sayı isə 1625-ə yüksəlib.
 
Qeyd edək ki, Rusiyada artıq 5 gündür yoluxma halı 10 minin üzərinə çıxır.


Ana səhifəyə qayıt        Baxış: 2 936          Tarix: 7-05-2020, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma