Xəbər lenti

 
"Hazırda dünyanın əksər hissəsinin ABŞ-a hələ də qlobal lider kimi baxdığına, yaxud belə olmasını istədiyinə və prioritetlərini də buna görə müəyyənləşdirdiyinə mütləq həqiqət kimi baxmıram”.
 
Ovqat.com xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel ölkəsinin “Süddeutsche Zeitung", Böyük Britaniyanın "Guardian”, Fransanın "Le Monde", İspaniyanın "La Vanguardia", İtaliyanın "La Stampa" və Polşanın "Politika"qəzetlərinə verdiyi birgə müsahibəsində belə deyib.
 
Jurnalistlərin "Aİ-nin strateji muxtariyyət və real suverenlik əldə etmək vaxtı çatıbmı” sualını cavablandıran Merkel deyib:
 
"Dünyaya baxın, Çin və ya Hindistana baxın. Transatlantik müdafiə topluluğunu qorumaq və ortaq nüvə çətiri altına sığınmaq üçün yetərli səbəblər var. Amma əlbəttə ki, Avropa Soyuq Müharibə zamanı olduğundan daha çox yük daşımalıdır. ABŞ-ın dünya dövləti olmaq istəklərini bilə-bilə, qəbul edə-edə böyüdük. ABŞ indi bu roldan öz iradəsi ilə çıxmaq istəyirsə, bu barədə çox dərindən düşünmək lazımdır."
 
Merkel müsahibəsində ABŞ-ın qoşunlarını Almaniyadan çıxarması planına da münasibət bildirib. O qeyd edib ki, Şimali Atlantika İttifaqının hər bir üzv onun üçün çox qiymətlidir: “Biz də bilirik ki, Almaniya müdafiəyə daha çox vəsait ayırmalıdır. Son illərdə bu istiqamətdə xeyli irəliləyişlər əldə etmişik və hərbi imkanlarımızı yaxşılaşdırmaq üçün bunu davam etdirəcəyik. Amma Almaniyadakı Amerika qoşunları təkcə Almaniyanı və NATO-nun Avropa hissəsini deyil, həm də ABŞ-ın maraqlarını qoruyur".
 


Ana səhifəyə qayıt        Baxış: 3 263          Tarix: 28-06-2020, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma