Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, livanlı vəkil Mecd Butrus Harb Beyrut limanındakı partlayışla əlaqədar prezident Mişel Avn və baş nazir Hassan Diyab haqqında prokurorluğa ittiham ərizəsi ilə müraciət edib.

Vəkil vəzifəli şəxslərin partlayışın qarşısını almaq üçün lazımi tədbirləri görmədikləri ittihamı ilə  Ali Məhkəməyə müraciət eləyib. İttihamı əsaslı dəllilərə və 20 iyul tarixində Dövlət Təhlükəsizlik Baş İdarəsi tərəfindən verilən, limanda böyük miqdarda ammonium nitrat olduğuna dair sənədə əsaslandırdığını bildirən Harb deyib: “Buna rəğmən, Prezident və Baş Nazir vətəndaşları qorumaq üçün lazımi tədbirlər görməyiblər”.

Harb həmçinin, prezident Avnın Konstitusiyada fövqəladə vəziyyətlərdə təcili iclas keçirmək səlahiyyətinin olmasına rəğmən bunu etmədiyini, Konstitusiyanın baş nazirə işləmək üçün proqram müəyyənləşdirmək səlahiyyəti verdiyi halda, proqram hazırlamadığını bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 661          Tarix: 20-08-2020, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma