Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, Cənubi Koreyadan olan keçmiş diplomat Çan Son Şimali Koreya dövlətinin başçısı Kim Çenin koma vəziyyətinə düşdüyünü bildirib.

Çan Son Min Cənubi Koreya mətbuatına müsahibəsində deyib: “Hakimiyyətin vərəsəliyinin tam strukturu hələ formalaşmayıb, ona görə də onun bacısı Kim Yo Çjon birinci planda irəli sürülür. Hakimiyyət boşluğu uzun müddət davam edə bilməz”.

Keçmiş diplomat bu açıqlamanı Cənubi Koreya kəşfiyyatının bəzi səlahiyyətərin Kim Yo Çjona verilməsi xəbərini yaymasından bir neçə gün sonra verib.

Bununla belə ekspertlər keçmiş diplomatın açıqlamasına şübhə ilə yanaşırlar. Artıq neçənci dəfədir ki, Kim Çen Inın uzun müddət gözə dəyməməsi onun vəziyyəti barəsində şayiələrin yayılmasına səbəb olur.

Məsələn apreldə, KXDR liderinin ürək əməliyyatı keçirdiyi xəbəri verilmişdi. Ölkə rəhbərliyi isə heç vaxt dövlət başçısının yoxluğu ilə bağlı izahat verməyib.






Ana səhifəyə qayıt        Baxış: 2 786          Tarix: 24-08-2020, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma