Xəbər lenti
 
 
Vaşinqton Rumıniyaya "Patriot" komplekslərinin köçürülməsinə başlayıb.
 
Ovqat.com-un məlumatına görə, Rusiyanın “Patriot” sistemlərinin Şərqi Avropa ölkələrində yerləşdirilməsinə sərt cavab verəcəyinə dair xəbərdarlıqlarına baxmayaraq, Vaşinqton bu məsələdə sona qədər getməyə qərar verib və raket hücumundan müdafiə sistemləri Rumıniyaya yerləşdirib.
 
Rumıniyanın “Patriot”larla təchiz olunmasının xərci ABŞ tərəfindən çəkilib. Başqa sözlə desək, bu silahlar Buxarestə faktiki hədiyyə edilib. 
 
“Patriot”ların uzaq mənzilli taktiki raket zərbələri endirmək üçün istifadə olunacağını nəzərə alsaq, Rusiya üçün öz sərhədlərinə yaxın ərazidə ciddi təhlükə meydana çıxır və Moskvanın cavab addımı atması gözlənilir.
 
Bəs Kremlin bu “qisas”ı nə ola bilər?
 
Ekspertlərin fikrincə, Moskvanın həm ABŞ, həm də Rumıniya üçün cavab tədbirləri Rusiya ərazisində hava və raket hücumuna qarşı əlavə vasitələrin, taktiki və ehtimal ki, strateji raket komplekslərinin, həmçinin radioelektron komplekslərinin yerləşdirilməsi olacaq ki, bu da Rumıniya HHM sistemlərinin imkanlarını tamamilə heç endirir və NATO tərəfindən gözlənilən təhlükələrdən maksimum müdafiəni təmin edir.
 
 
Bildirilir ki, ABŞ-dan sifariş olunan “Patriot” zenit raket komplekslərinin tədarükü çərçivəsində ilk avadanlıq partiyası Rumıniyaya gətirilib. Nəzərdə tutulur ki, qəbul sınaqları oktyabrın ikinci yarısında başa çatacaq, bundan sonra 74-cü zenit raket alayının şəxsi heyətinin təlim mərhələsi başlayacaq. 
 
“2021 - ci il ərzində təlim ABŞ Silahlı Qüvvələrinin təlimatçılarının iştirakı ilə istismar və texniki xidmət vərdişlərinin öyrənilməsi məqsədilə davam etdiriləcək", - deyə Mil.press məlumat verir.


Ana səhifəyə qayıt        Baxış: 2 856          Tarix: 31-08-2020, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma