Xəbər lenti

Yəməndə husi üsyançılarının Səudiyyə Ərəbistanına qarşı təşkil etdiyi raket hücumlarının “Patriot” sistemləri tərəfindən qarşısının alına bilməməsi tənqid edilib.

Axar.az xəbər verir ki, bununla bağlı adı açıqlanmayan aktivist, bloger Tvitter mikrobloqunda paylaşım edib.

“Səudiyyənin dövlət agentliyi Tvitter səhifəsində Ər-Riyad səmasında ballistik raketin toqquşduğu görüntüsünü paylaşdıqdan sonra silib. Belə ki, həmin görüntülərdə ABŞ istehsalı “Patriot”ların raketlərin qarşısını ala bilmədiyi ortaya çıxıb”, - deyə bloger bildirib.

Qeyd edək ki, ötən gün husilər Ər-Riyad və Cizan şəhərinə raket atmışdılar. "Əl-Ərəbiyyə" hər iki raketin zərərsizləşdirildiyini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 645          Tarix: 30-03-2020, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma