Xəbər lenti

ABŞ Hindistana ümumi dəyəri təxminən 2 milyard dollar olan IADWS (İnteqrasiya edilmiş Hava Hücumundan Müdafiə Silah Sistemi) hava hücumundan müdafiə sistemi tədarük etməyi planlaşdırır.

“TASS” agentliyi xəbər verir ki, bunu ABŞ Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti açıqlayıb.

“ABŞ Dövlət Departamenti Hindistanın 1,87 milyard dollar dəyərində IADWS hava hücumundan müdafiə sistemi ilə təchizatını təsdiqləyib. Departament fevralın 7-də ola biləcək razılaşma barədə Konqresə məlumat verdi”, – açıqlamada belə deyilir.

Müqavilə baş tutacağı halda Hindistanın beş AN/MPQ-64Fl Sentinel radiolokasiya stansiyası, 118 AMRAAM AIM-120C-7/C-8 idarəolunan raketləri və 132 FIM-92L Stinger idarəedici raketləri, 32 ədəd 5,56 mm M4A1 karabini, habelə bir sıra digər hərbi avadanlıqlarla təchizatı planlaşdırılır.

“Təklif olunan razılaşma Cənubi Asiya bölgəsində sabitliyin, sülhün və iqtisadi tərəqqinin qorunmasında, müdafiə sahəsində ABŞ-ın əsas tərəfdaşlarından birinin təhlükəsizliyini artıracaq”, – deyə agentlik əlavə edib.

Qeyd edilir ki, bu açıqlama müvafiq müqavilənin imzalanmasını təsdiqləmir/APA.




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 11-02-2020, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma