Xəbər lenti

 
“Belarusiyada hakimiyyət dəyişərsə, bir çox Avropa ölkələri gələcək islahatlara dəstək vermək üçün respublikaya milyardlarla dollar yardım göstərə bilər.”
 
Ovqat.com xəbər verir ki, bir müddət əvvəl Belarus prezidentliyinə namizəd kimi seçkilərə qatılan Svetlana Tixanovskaya xalqa müraciətində belə deyib.
 
Onun sözlərinə görə, gələcək İslahatlara Yardım layihəsini xüsusilə Polşa, Litva və Rumıniya hazırlayıb: "Bir çox özəl şirkətlər gələcək Belarusun investisiya planını təqdim etməyə hazırdırlar”.
 
O, həmçinin xatırladıb ki, "Yeni Belarus uğrunda" mübarizədə xalqı dəstəkləyən 50-dən çox ölkə Prezident Aleksandr Lukaşenkoya, məmurlara, güc strukturlarına qarşı sanksiyalar tətbiq edib.
 
Tixanovskaya bildirib ki, Aİ ölkələri hüquq müdafiə təşkilatlarına, vəkillərə, həmçinin siyasi partiya məhbuslarına dəstək üçün vəsait ayırır, hətta belaruslu jurnalistlərə də avadanlıq və texnika üçün vəsait verməyi planlaşdırırlar. "Biz Xalq idarəçiliyinə dəstək layihəsi yaratmaq barədə razılığa gəlmişik", – deyə eks-namizəd bildirib.
 
Bundan başqa, onun sözlərinə görə, Polşa, Çexiya və Litva Minskdə və digər Belarus şəhərlərində icazəsiz etiraz aksiyalarının dağıdılması zamanı zərərçəkənlərin reabilitasiyası üzrə proqramlar həyata keçirəcək.
 


Ana səhifəyə qayıt        Baxış: 1 347          Tarix: 25-10-2020, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma