Xəbər lenti


“Mən sizi saxtalaşdırılmış seçki nəticələrini tanımamağa çağırıram”.

“Report” xəbər verir ki, bunu Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya “Youtube”da yayımlanan videomüraciətində söyləyib.

“Ölkəmdə hakimiyyətin dinc yolla ötürülməsinə imkan yaratmaq üçün hakimiyyətin dialoq yolu ilə ötürülməsi prosesinə başçılıq edən Belarus Milli Koordinasiya Şurasının yaradılmasına təşəbbüs etmişəm”, - o əlavə edib.

Onun sözlərinə görə, Şura beynəlxalq müşahidə altında yeni ədalətli və demokratik prezident seçkilərinin keçirilməsinə təşəbbüs edəcək.



Ana səhifəyə qayıt        Baxış: 2 878          Tarix: 19-08-2020, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma