Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
“Mənə dedilər ki, başımdakı hicabı çıxarmasam, Londona uçan təyyarəyə minə bilməyəcəyəm. Halbuki yanımda başları yaylıqla bağlı xristian rahibələr vardı və onlar heç bir problem olmadan təyyarəyə mindilər”.
Ovqat.com milli.az-a istinadla xəbər verir ki, müsəlman Aqniya Adzkiyanın dediyinə görə, İtaliyanın paytaxtı Romadakı Çampion aeroportunda təhqir olunub.
A.Adzkiya Londonda yaşayır və Qoldsmit Universitetində təhsil alır.
O, Romadan Londona qayıdarkən Çampino aeroportunda saxlanılıb. Aeroportun əməkdaşı olan qadın Aqniyaya “hicabınızı açın, yoxsa sizi buraxmayacağam” deyib.
Müsəlman qız bu absurd tələbin səbəbini soruşanda “Siz təhlükəsiz insan təsiri bağışlamırsınız” deyib: “Hicabın altında, saçlarınızda nə isə gizlədə bilərsiniz. Hicabı açmasanız, bunun belə olmadığına əmin ola bilmərik. Gəlin yan otağa, sizi yoxlamalıyıq”.
Aqniya etiraz edəndə isə aeroportun mühafizə xidmətinin əməkdaşları zor tətbiq edərək onu başındakı hicabı açmağa vadar ediblər. Bu zaman aeroportun əməkdaşı olan bir kişi qışqırıb, “Kəs səsini və get!” deyərək Aqniyanı itələyib.
“Mən etiraz etmək niyyətində deyildim. Sadəcə, onlardan xahiş etdim ki, hicabımı çıxarmağımı və saçlarımda nəyinsə olub-olmadığımı yoxlamağa icazə verilməsini şərtləndirən sənəd, qanun, göstərişi nümayiş etdirsinlər. Bu, insan hüquqları, insan ləyaqəti məsələsidir. Axı onların nə haqqı vardı ki, hicabımı zorla çıxardırlar. Onlar davranışları ilə göstərdilər ki, hicablı müsəlman qadına sayğı bəsləmirlər”, - deyə Aqniya Andzkiya “Facebook” səhifəsində yazıb.
A.Andzkiya daha sonra Romadakı Leonardo da Vinçi-Fyumiçino aeroportuna yollanıb, oradan Londona uçan təyyəyə minib. Burada da ondan başındakı hicabı açmaq tələb olunub.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar