Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
Bir neçə dəqiqə öncə Misirin Tanta şəhərindəki Müqəddəs Məryəm kilsəsi yaxınlığında partlayış olub.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 13 adam həyatını itirib, 42 nəfər ağır yaralanıb.
Partlayışın “Müsəlman qardaşları” təşkilatı ilə Sisi hökuməti arasında gedən dialoq ərəfəsində baş verməsi siyasi təxribat ehtimalını ağla gətirir. Böyük ehtimalla, başlıca məqsədlərdən biri “Müsəlman qardaşları”nın xirstian düşməni kimi təqdim edib xarici dəstəyini kəsməkdir.
Digər bir ehtimal isə Misirdə müsəlmanlarla xristianlar arasında gərginlik yaratmaq niyyətiylə izah olunur. Qeyd edək ki, 85 milyon əhalisi olan bu ölkədə bəzi statistikalara görə, 15 milyona qibti yaşayır. Misirin yerli əhalisi sayılan qibtilərin böyük əksəriyyəti xristian dininə inanır. Azlıqda olmasına baxmayaraq, qibtilər kifayət qədər sosial təsir gücünə və maddi imkana sahibdirlər. Qibti-ərəb gərginliyinin çıxarılması “Müsəlman qardaşları”nin dayaqlarının güclü olduğu Misiri xeyli zəiflədə və başını daxili məsələlərə qarışdıra bilər.
Qeyd edək ki, Misirdə xristianlar yalnız qibtilərdən də ibarət deyil. Ümumilikdə götürəndə, bu ölkənin 25%-nin xristian olduğu təxmin olunur.
Baxmayaraq ki, hərbi çevriliş yoluyla hakimiyyətə gələn Sisi İsraillə isti münasibətlərilə seçilir. Bununla belə, son zamanlar onun “Müsəlman qardaşları”yla münasibətini normallaşdırmağa çalışdığı xəbərləri gəlməyə başlamışdı. Bu niyyət baş tutarsa, istər-istəməz dini təəssübkeşlik hissi dövlət siyasətindəki rolunu artıra bilər. Beləcə, həm Misir xalqı vahid ideya ətrafında birləşər, həm də İsrailin maraqları təhlükə altına düşər. Axı, Misir ərəb dünyasının hərbi qüdrət baxımından ən güclü dövlətlərindən sayılır...
Misir son zamanlar Rusiya ilə münasibətlərini xeyli inkişaf etdirmişdi. Təxribatın hədəfləri arasında bu yaxınlığa zərbə vurmaq niyyəti də dayana bilər.
Təhlükəni beşikdə boğmaq üçün, görünür, bu ölkədə növbəti gərginlik mərkəzinin yaradılması məsləhət bilinib. Bunun yolu isə onsuz da dövlətin milli-mədəni siyasətindən narazı olan xristianları qızışdırmaqdan keçir.
Heydər Oğuz
Ovqat.com
P.S: Müqəddəs Məryəm kilsəsi Afrika xristianlarının da əsas qibləgahı sayılır. Bu kilsəyə bağlı ən qələbəlik əhali isə Efiyopiyada yaşayır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar