Xəbər lenti


 

Bir müddət əvvəl media orqanlarında Türkiyəli iş adamı Emin Uçara qarşı ittihamlar irəli sürən Naxçıvan Muxtar Respublikasında Tikilməkdə Olan Layihələrin İdarə Edilməsi MMC-nin təsisçisi İsmayıl Əhmədov qarşı tərəfə barışıq əli uzadıb.

 

İş adamı Ovqat.com-a verdiyi açıqlamasında Emin Uçarla aralarının “bəzi adamların paxıllıq və qısqanclığı” səbəbindən pozulduğunu bildirib.

 

“2023-ci ildə mən Naxçıvan Muxtar Respublikasında Tikilməkdə olan layihələrin İdarə Edilməsi MMC-ni təsis etmişdim. Tikintilərə nəzarət funksiyasını həyata keçirirdim. “Arkoz” sirkətinin rəhbər heyəti və təsisçisi Emin Uçar və onun övladı ilə yaxın dostluğumuz var idi. Bəzi adamlar bu münasibətlərimizə qısqanclıq və paxıllıq  edirdilər. Münasibətlərimiz çox adamın xosuna gəlmirdi. Bəzi jurnalislər mənim haqqımda qarayaxmalar aparır və mənə deyirdilər ki, Emin Uçar sənə qarşı bunları edir. Mən də onlara inanaraq Emin Uçarla münasibətimdə kəskin dəyişiklik edib emosional davranaraq əsəbi şəkildə bəzi səhv addımlar atmışam. Sonradan məlum olub ki, barəsində eşitdiklərimin Emin Uçara heç bir aidiyyəti olmayıb”.

 

Əməkdaşımızın “Bundan sonra siz onunla əməkdaşlıq edə bilərsinizmi” sualını cavablandıran iş adamı vurğulayıb ki, Emin Uçar yaxşı insandır və böyük islər görüb: “Ciddi layihələrə imza atıb. Bu, danılmaz faktdır. Mənim Emin Uçarla heç bir düşmənçiliyim yoxdur və ola da bilməz. Mən də bir iş adamıyam və böyük bir şirkətin sahibiyəm. Gələcəkdə Emin Uçarla birgə iş görməyə də hazıram. Bu mənə şərəf olar ki, “Arkoz” şirkətiylə birgə layihələri reallaşdıraq”.  

 

Sonda Emin Uçara işlərində uğurlar diləyən iş adamı bildirdi: “Emin bəy indi də Naxçıvanda işləyir və işinə də davam edəcək. Arzu edirəm ki, gələcəkdə də böyük işlərə imza atar”.




Ana səhifəyə qayıt        Baxış: 4 770          Tarix: 7-06-2024, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma