Xəbər lenti

 

PKK-nın Suriya qanadı YPG-nin İŞİD-in mərkəzi şəhərlərindən Raqqaya hücumu barədə maraqlı məlumatlar gəlir.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumatlara görə, Rusiyanın faktiki olaraq Raqqa  əməliyyatını pozduğu iddia olunur.

Bildirilir ki, ABŞ-in xəfiyyə qüvvələri əməliyyatdan qabaq İŞİD və YPG arasında müəyyən anlaşmalara nail olmuşdu. Razılığa əsasən, İŞİD şəhəri könüllü tərk edəcək və YPG bunun üçün ona təhlükəsizlik dəhlizi açacaqdı.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bu məlumatı  təsdiqləyən bəyanatlarla çıxış etmişdi. Onun 31 may tarixli həmin çıxışından bir gün sonra Rusiyanın kəşfiyyat orqanları İŞİD-ə aid maşın karvanlarının Raqqadan çıxdığına dair xəbərlər paylaşmışdı.

Yerli mənbələrin bildirdiyinə görə, elə həmin gün YPG-nin açdığı təhlükəsizlik dəhlizindən keçməyə çalışan İŞİD-ə aid maşın karvanı rus təyyarələri tərəfindən vurulub. Bununla da İŞİD-çilərin Raqqadan çıxışının qarşı faktiki olaraq alınıb. İŞİD də əldə olunan razılaşmadan geri çəkildiklərini elan edib.

Bildirildiyinə görə, YPG-nin bundan sonra Raqqaya girməsi xeyli çətinləşəcək. Çünki “xilafətçi”lərin Raqqayla müqayisədə xeli zəif olduğu Menbiçin alınması belə, YPG-lilər üçün böyük itkiylə nəticələnmişdi. Menbiç əməliyyatında kürd separatçılarının  400-dən artıq hərbçi itirdiyi, 700-dən çoxunun isə yaralanandığı  bildirilirdi. İŞİD-in alınmaz qalası hesab olunan Raqqada bu itkilər dəfələrlə çox ola bilər.

Bölgədən gələn digər xəbərlər də ABŞ-ın Raqqa planının pozulduğu ehtimalını gücləndirir. Əməliyyatın ilk günü Raqqaya girdiyini, şəhərin şərqində bir məhəlləni işğaldan azad etdiyini bəyanlayan PYG-dən son zamanlar səs-səmir gəlmir. Bu sükut daşın qayaya rast gəlməsinin əmaləti kimi də yozula bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 483          Tarix: 8-06-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma