Xəbər lenti

  

“3 milyard dollar Azərbaycanın illik büdcəsinin, hardasa, 3/1 hissəsi deməkdir. Ölkənin indiki çətin vəziyyətində bu qədər vəsaiti xaricə çıxarmaq və lobbiçilik fəaliyyətinə sərf etmək qətiyyən inandırıcı deyil”.

Ovqat.com xəbər verir ki, bunu əməkdaşımızla söhbətində “The Organized Crime and Corruption Reporting Project” təşkilatının Azərbaycanla bağlı yaydığı məlumatı şərh edərkən bildirib.

Qeyd edək ki, məlumatda Azərbaycanın müxtəlif şirkətləri tərəfindən 2.9 milyard dollar pulun ölkədən çıxarılaraq, xaricdəki bəzi siyasilərə və mətbuat nümayəndələrinə rüşvət kimi verildiyi iddia olunur.

Bu cür dezinformasiyaların Azərbaycanın əleyhinə vaxtaşırı yayıldığına diqqət çəkən Mürvət Həsənlinin fikrincə, OCCRP-nin hazırladığı son material da Azərbaycana qarşı bu qərəzli münasibətin arxasında kimlərin dayandığını ortaya qoyur:

“Həmin materialın bir neçə müəllifindən biri ermənidir. Adı Dina Negapetyants olan həmin erməninin Azərbaycana, onun lideri və ailə üzvlərinə qarşı bu cür ittihamlarla çıxış etməsi gözləniləndir. Məqsəd ölkəmizi beynəlxalq arenada gözdən salmaq, Azərbaycanın xeyrinə fikir söyləyən xarici diplomat və jurnalistlərin fikrinə kölgə düşürmək və onun səbəbinin fərqli motivlərdən qaynaqlandığı barədə rəy yaratmaqdır.

Son zamanlar Azərbaycan siyasi iradəsinin Dağlıq Qarabağla bağlı mövqeyini açıq şəkildə ortaya qoyduğu bir zamanda bu cür səs-küylü dezinformasiyaların beynəlxalq informasiya məkanına nəql olunmasını təsadüfi saymayan iş adamı “qara piar”ın yayılma zamanını da təsadüfi saymır:

“Bəlli olduğu kimi, bir neçə il əvvəl Azərbaycan siyasi iradəsinə qarşı başqa bir iddia ortaya atılmışdı. “Kürü diplomatiyası” adı verilən həmin kampaniyanı aparan xarici jurnalistlərə qarşı Azərbaycan hökuməti Avropa məhkəmələrində iddia qaldırmışdı. Dünən (artıq sırağa gün) həmin məhkəmə iddiasının ilk iclası keçiriləcəkdi. Tam bu sırada daha ağır ittihamlar irəli sürən növbəti iddia ortaya atıldı. Görünən budur ki, son “qaralama” kampaniyasının məqsədlərindən biri də öz hüquqi mübarizəsində Azərbaycanın diqqətini tamamilə başqa tərəflərə çəkmək, rəsmi Bakının özünü əsaslandırmasına və əsl həqiqətin dünya ictimaiyyətinə çatdırlmasına mane olmaqdır”.

Mürvət Həsənli dünənki məhkəmə iclaslarına pos-sovet məkanında rəngli inqilabların fikir atası kimi tanınan Sorosun Azərbaycandakı uzantılarının qatılmasını da başadüşülən hesab edir:

“İnformasiya kanalları Rəsmi Bakının fransalı jurnalist Laurent Riçarda qarşı açdığı məhkəmə davasında Azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunusun da iştirak edəcəyini yazmışdılar. Yunuslar bu məhkəmədə Azərbaycana qarşı qərəzli yazılar yazmış fransalı jurnalisti müdafiə üçün iştirak etdiklərini gizlətməyiblər. Görünən budur ki, Soros öz adamlarının düyməsini basıb. Mən şəxsən bir azdan digər sorosçuların da işə salınacağını gözləyirəm. Fikrimcə, bir çox sorosçular məhz bu məqsədlə ölkəni tərk ediblər. Onlar indi Qərbi isti qucağında əyləşib Azərbaycan hakimiyyətini facebook səhifələrində və sosial mediada daha rahat asıb kəsəcəklər”.

Mürvət Həsənli “azərbaycanlı sorosçuları” deyəndə kimi nəzərdə tutduğuna da aydınlıq gətirib: “Onlardan biri Aslan İsmayılovdur. Vəkil kimi  görünməyə çalışan bu adam dəfələrlə mətbu orqanlarda “Sorosun tələbəsi” olduğunu gizlətməyib. Hətta mənimlə söhbətlərdə 3 dəfə prezident vəzifəsinə gətirilə biləcəyini də etiraf edib. Xarici qüvvələrin əliylə hakimiyyətə gətirilməsi ehtimalından dəm vuran bu adam faktiki “5-ci kolon”un ən önəmli nümayəndəsi olduğunu boynuna alıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 287          Tarix: 7-09-2017, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma