Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2016-ci ildəki hərbi xərclərlə bağlı hesabatını açıqlayıb.
Ovqat.com xəbər verir ki, hesabatda yenə ilk iki yeri ABŞ və Çin tutub.
Hesabata görə, ABŞ 2016-cı ildə də hərbi xərclərinə görə bütün dünya dövlətlərini xeyli geridə qoyub. O, hərbə 611 milyard dollar pul ayırıb. Onu təqib edən Çin isə ABŞ-dan, hardasa, 4 dəfə “xəsis” davranıb-215 milyard dollar.
Silahlanma siyahısındakı ilk yerdəyişmə isə Rusiya və Səudiyyə Ərəbıstanı arasında baş verib.
2015-ci ildə Rusiyanı geridə qoyan rəsmi Riyad bu dəfə Kremlə uduzub. Rusiya 69.2 milyard dollarla üçüncü olmaq şansını əldə edə bilib. Hərbə ən çox pul ayıran müsəlman ölkəsi kimi Səudiyyə Ərəbistanı isə ondan 5.5 milyard dollar geri qalıb-63.7 milyard dollar.
Səudiyyə Ərəbistanını Hindistan (55.9) izləyib, Hindistanı azacıq fərqlə qabağa ötürən isə Fransa (55.7) olub. Həmin siyahıda Fransadan sonra sırayla cərgələnən dövlətlər isə bunlardır: Böyük Britaniya, Yaponiya, Almaniya, Cənubi Koreya və sairə.
Siyahıdakı mövqeyini əldən verənlərdən digəri isə qardaş Türkiyədir. Türkiyə hərbi xərclərini 2016-cı ilə nəzərən 5.7% azaldaraq 14.9 milyard dollarla iki pillə geriləyərək 17-ci yerə çıxıb.
2015-ci ilin siyahısında isə qardaş ölkə ilk onbeşlərdən biri kimi diqqəti cəlb edirdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar