Xəbər lenti

  İraqdakı kürd peşmərgələri Kərkük bölgəsində hərbi güclərini artırır. Modern.azxəbər verir ki, bu barədə şiə siyasətçisi Məhəmməd əl-Bayati deyib.

 Şiələrin hərbləşdirilmiş “Bədr” təşkilatına üzv olan əl-Bayati Ərbildən çıxan hərbi texnikanın Kərküklə yanaşı, Dakuk, Tuz-Hurmat və s. şəhərlərdə yerləşdiyini də bildirib. Bölgədə kürdlərlə yanaşı, ərəb və türkmanların da çoxluq təşkil etdiyini xatırladan iraqlı siyasətçi real müharibə təhlükəsindən danışıb.

“Bu güclər referendum keçirmək üçün deyil, ərəb və türkmənlərin azadlıq səsini boğmaq üçün isitfadə olunur”.

 Qeyd edək ki, İraq Kürdüstanı sentybarın 25-də müstəqillik haqda referendum keçirəcək.




Ana səhifəyə qayıt        Baxış: 587          Tarix: 13-09-2017, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma