Xəbər lenti

 

Məktəb ziya ocağıdır. Bütün ziyalılar intellektual həyata ilk addımı bu ocaqlardan atırlar. Bu mənada ölkəmizin işıqlı gələcəyi də məktəblərə göstərilən qayğıdan asılıdır.

Nə yazıq ki, başı ölkənin sərvətlərini bölüşdürməyə qarışan hakim komanda məktəblərimizə lazımi qayğını göstərmir.  Rüşvətxorluğun baş alıb getdiyi məktəblər bəzən də müəssisələrarası hesablaşmanın qurbanı olurlar.

Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 4, 69, 259 nömrəli məktəbləri də bu gün həmin hesablaşmaların əziyyətini çəkirlər. Qəsəbə sakinlərindən aldığımız məlumata görə, artıq 3 gündür ki, həmin məktəblərin işığı kəsilib. Ziyalı ocaqlarına ziyanın çox görülməsinin isə qəribə səbəbi varmış-ışıq pulu

Xəbəri araşdırmaq üçün Ovqat.com əməkdaşı Bakı Təhsil İdarəsinin Sabunçu xidmət bölməsiylə əlaqə saxlayıb. Xidmət bölməsi faktı təqdiqləyib və bunu 3 məktəbin birlikdə rayon işıq idarəsinə 4 min manat borcu olmasıyla əsaslandırıb: “Nə zaman pulu ödəyərlər, işıqları da verilər”.

Bəs, məktəblər o pulu necə ödəməlidirlər?

Maraqlıdır ki, bu sualın cavabını zəng etdiyimiz heç bir dövlət qurumundan öyrənə bilmədik. Nəhayət, məktəb müəllimlərindən biri cavab tapmaqda bizə köməklik etdi: “Pulu məktəblər yox, Bakı şəhər Təhsil İdarəsi ödəməlidir. Ölkə büdcəsinin təhsilə ayrılmış vəsaitindən bu məqsəd üçün ödənişlər nəzərdə tutulur. Görünür, Bakı şəhər Təhsil İdarəsi hansısa səbəbdən öz öhdəlik borcunu yerinə yetirməyib. Bunun  əziyyətini isə Balaxanı məktəbləri çəkir”.

Məktəb müəllimlərinin dediyinə görə, elektrik təchizatının  dayandırılması  onların fəaliyyətinə də ciddi təsir göstərir: “Faktiki olaraq məktəblərdə komputer və digər avadanlıqlardan istifadə etmək mümkün deyil. Hətta orta ərslərin mədrəsəsi kimi zəng vurulmasını da düzgün nizamlaya bilmir, əksər hallarda zinqrov çalmaqla uşaqlara dərslərin bitib və ya başladığını xəbər veririk”.

Problem zamanında həll olunmasa, qabaqdan gələn qış mövsümündə Balaxanı məktəbliləri soyuqdan da əziyyət çəkə bilərlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 050          Tarix: 20-09-2017, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma