Xəbər lenti

SSRİ-nin xalq artisti Edita Pyexanın aprelin 9-u Çelyabinskdə nəzərdə tutulmuş konserti təxirə salınıb.

Trend-in məlumatına görə, buna 80 yaşlı müğənninin xəstəliyi səbəb olub. Qeyd olunur ki, E.Pyexa bronxitin kəskinləşməsi ilə əlaqədar Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib. Müğənninin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Konsertin may ayında keçiriləcəyi ehtimal olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 847          Tarix: 6-04-2018, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma