Xəbər lenti

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı məhkəməyə müraciət edib.

Bu barədə “Report”a Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Vəkil müvəkkili barəsində irəli sürülmüş ittihamların hər birini rədd etdiklərini deyib.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu tamah niyyəti ilə və sifarişlə qəsdən öldürmək barədə razılığa gəlib, mütəşəkkil dəstədə birləşərək, törədiləcək cinayət əməlinin planını hazırlayıb, vaxtını, yerini, üsulunu, dəstə üzvlərinə ödəniləcək pul vəsaitinin məbləğlərini müəyyənləşdirməklə, həmçinin, onları silah və patronla təchiz etməklə mütəşəkkil dəstəyə rəhbərliyi həyata keçirib. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

Daha sonra M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Ş.Əkbərov ifadəsində göstərib ki, o, ehtimal edilən cinayət əməlini törətməyib: "Bu ittihamlar qərəzli, sifarişlı olmaqla onun əmlakını ələ keçirmək məqsədi ilə Arif Alışanov və sürücüsü Hacı Babayev və Müsabi Namazov tərəfindən təşkil edilib. Hacı Babayev məni Arif Alışanovun gözündən salıb onun biznesindən kənarlaşdırmaq və bu biznesdə əsas adam olmaq məsədilə süni sürətdə Müsabi Namazovla birlikdə bu cinayət hadisəsini quraşdırıblar. Hacı Babayev tərəfindən quraşdırılmış cinayətdə Müsabi Namazov əsas iştirakçı və təhrikçidir. Hər iki şəxs çox asanlıqla istintaq orqanını və Arif Alışanovu aldadıb".




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 22-09-2017, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma