Xəbər lenti

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a onun vəkili Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib

 




Ana səhifəyə qayıt        Baxış: 1 227          Tarix: 9-06-2017, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma