Xəbər lenti

Azərbaycanın hansı rayonlarında “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional “ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur: "2018-ci ildə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional “ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".

Qurumdan bildirilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".




Ana səhifəyə qayıt        Baxış: 866          Tarix: 14-12-2017, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma