Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının "ASAN xidmət" tərəfindən monitorinqi aparılacaq
Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı" genişləndirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə" fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb. Fərmana əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") tərəfindən monitorinqi aparılacaq.
Paylaş: