Xəbər lenti

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, bayram günlərində Səhiyyə Nazirliyi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.




Ana səhifəyə qayıt        Baxış: 852          Tarix: 27-12-2017, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma