Təcili yardım həkimini döyərək xəstəxanalıq ediblər. Tibbi maşına da ziyan vurublar.
Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam Lənkərandakı şadlıq saraylarından birinin həyətində baş verib. Toya gələn qonaqlardan biri, şəhər sakini 60 yaşlı Xeyrannisə Axundovanın halı qəfil pisləşıb. Qadına yardım göstərilməsi üçün qohumları təcili tibbi yardıma zəng ediblər. Lakin hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, 29 yaşlı Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən sarayın həyətində döyülüb.
Döyülən həkim Vüsal Həsənov kəllə-beyin travması alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. Lənkəran şəhər təcili təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi deyir ki, son zamanlar çağırışa gedən həkimlərə qarşı bu kimi aqressiv münasibətə çox rast gəlinir.
Xəstənin qohumları "Təcili yardım" maşınına da ziyan vurublar. Şadlıq sarayında halı pisləşən xəstə Xeyrannisə Axundova isə ürəktutmasından keçinib.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: