“Türkiyənin hərbi əməliyyatlara başlaması Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamağa imkan verir”.
Bu sözləri “İslaminSesi” saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını şərh edərkən deyib.
Z.Əlizadənin sözlərinə görə, ABŞ-ın təhriki ilə Bəşər Əsəd hakimiyyətinə qarşı hərbi əməliyyatlara başlayan bütün silahlı dəstələrin, eləcə də Suriya və İraq kürdlərinin birləşərək Türkiyənin ərazi bütövlüyünə təhlükə törətməsinin qarşısını alır: “Bu səbəbdən də hərbi əməliyyatların aparılmasını təqdirəlayiq hesab etmək olar”.
Zərdüşt Əlizadənin sözlərinə görə, Ərdoğan Yaxın Şərqdə baş verən proseslərin (oyunun) onun düşündüyündən daha mürəkkəb olduğunu anlayıb və haqq yoluna qayıdıb: “Əhalinin sıx məskunlaşdığı ərazilərdə həyata keçirilən hərbi əməliyyatlarda təəssüflər olsun ki, dinc insanların itkisi qaçılmazdır”.
Paylaş: