Xəbər lenti

"Azərbaycanda çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə, qum, çınqıl balaca varlıqdır, onlar yanılırlar, çünki bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Biz müxtəlif sahələrlə bağlı cərimə sanksiyalarını artırmışıq. Cəriməni artırmaq lazımdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O vurğulayıb ki, çayların özəl sahibi yoxdur, Misir dövrü deyil ki, çayı hissə-hissə bölüb fironluq etsinlər: "Hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”.

Parlamentin sədri Oqtay Əsədov da Z.Oruca belə cavab verib: "Biz hər məsələni qanunla bağlayırıq. Düzdür, Milli Məclis qanunları qəbul edir, dəyişikliklər edir. Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin öz funksiyası var. Qanunvericiliyin də öz istiqaməti var. Yəni hər funksiyanı Milli Məclisin üzərinə qoymaq olmaz”.

Report




Ana səhifəyə qayıt        Baxış: 701          Tarix: 1-02-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma