Xəbər lenti

                                        

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 298 qida zəhərlənməsi baş verib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 506 nəfər zərər çəkib.

Yanvar-oktyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı ötən illin müvafiq dövrü ilə müqayisədə azalıb.

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkmişdi. Ötən ilin 10 ayı ərzində 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb, 1 nəfər dünyasını dəyişib.//Trend




Ana səhifəyə qayıt        Baxış: 1 048          Tarix: 28-11-2017, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma