Xəbər lenti
Aprelin 5-dən etibarən Bakıda “Fransanın dadı” adlı fransız qastronomiya həftəsi keçiriləcək.
 

APA-nın məlumatına görə, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez qastronomiya günlərinin aprelin 15-nə kimi davam edəcəyini bildirib. O deyib ki, bu tədbir Azərbaycanda artıq üçüncü dəfədir keçirilir: “Bu il əvvəlki illərə nisbətən daha yüksək səviyyədə təşkil olunub. Əsas məqsədimiz Fransa qidalarını təbliğ etmək və qastronomiya ilə mədəniyyət arasında bağlılığı nümayiş etdirməkdir. Fransız mətbəxi dünyada çox məşhurdur və hətta turistlər fransız qastronomiyasına görə Fransaya səfər etdiklərini deyirlər”.

Səfir qeyd edib ki, bu tədbir Azərbaycanda fəaliyyət göstərən 4 restoranla əməkdaşlıq şəklində həyata keçiriləcək və müəyyən edilmiş günlərdə aşpazlar fransız mətbəxi nümunələrini ziyarətçilərə təqdim edəcəklər.



Ana səhifəyə qayıt        Baxış: 1 300          Tarix: 4-04-2017, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma