Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 24 il ötür.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub.
1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun işğalına dair planlarını həyata keçirməyə başladılar. Bu işdə o vaxt hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və məsuliyyətsizliyi, "sapı özümüzdən olan baltalar"ın xəyanətkarlığı da erməni quldurlarına yardımçı oldu. Əvvəlcə Ağdərə-Kəlbəcər yolu ermənilər tərəfindən ələ keçirildi. Martın 27-də isə erməni silahlı birləşmələri üç istiqamətdən Kəlbəcər üzərinə hücuma başladılar. Hücumdan əvvəl Kəlbəcərə gedən yollar müəmmalı şəkildə minalardan təmizlənmiş, 3 min nəfərlik hərbi qüvvə rayon ərazisindən çıxarılmışdı. Kəlbəcərlilərin respublika rəhbərliyinə təkid, yalvarış və xahişlərlə dolu müraciətləri isə nəticəsiz qaldı. Vəd olunan kömək göndərilmədi. İşğalın reallığını hiss edən silahsız və köməksiz əhali ev-eşiyini, var-dövlətini qoyub qaçmağa məcbur oldu. Kəlbəcərin işğalı ilə düşmən olduqca əlverişli hərbi-strateji əhəmiyyətli bir ərazini ələ keçirdi. Daxili xəyanətkarların əli ilə əsrlər boyu düşmənə sinə gərmiş, qalalı, səngərli Kəlbəcər torpağı yağı tapdağı altında düşdü.
1988-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. Bir faktı qeyd edək ki, Kəlbəcərin Ağdaban kəndinin qadınları 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib əsir götürmüşdü. Təəssüf ki, belə şücaətlərə baxmayaraq, yerli əhali respublika rəhbərliyi tərəfindən heç bir kömək, qayğı görmədi. Ağdaban kəndini işğal edən ermənilər 39 nəfər kənd sakini qəddarcasına öldürdülər, 5 nəfəri girov götürdülər, 100-dən artıq evi məhv etdilər. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxularaq evlərə od vurdular, dinc əhalini diri-diri yandırdılar, ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının və Cəbrayılın işğalına yol açdı.
Qeyd edək ki, Kəlbəcərin İstisu, Ləmbəran, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılınclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarlı, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, Comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli, Günəşli kimi yaşayış məskənləri var idi.
İşğal nəticəsində 53 min 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcərdə 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. Yüz min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu.
Hazırda Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın 44 rayon və şəhərində, o cümlədən Bakıda, Sumqayıtda və Gəncədə məskunlaşıblar. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24 min 279 uşaq zərər çəkib, onlardan 734 nəfəri yetim qalıb. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğalını pisləyən, erməni işğalçılarının həmin ərazidən dərhal çıxarılmasını nəzərdə tutan 822 nömrəli qətnamə qəbul etsə də, bu mühüm sənəd hələ də icra olunmayıb.
İndi respublikamızın bir çox rayonlarında köçkün həyatı yaşayan kəlbəcərliləri yalnız bir şey düşündürür: tezliklə doğma yurda qayıtmaq, düşmənin xarabazarlığa çevirdiyi bu cənnət diyarı yenidən öz əvvəlki görkəminə qaytarmaq...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar