Xəbər lenti
 
Ölkə ciddi dəyişiklik ərəfəsində; Son günlər rəsmi dəvətlərdə görünməyən Artur Rəsi-zadə özü ilə bərabər iki müavinin də istirahətə aparır; Yaqub Eyyubovun baş nazir olmaq şansı varmı? Bakı meri Nazirlər Kabinetinə gedir...
Ovqat.com Musavat.com-a istinadən xəbər verir ki,  ötən il sentyabrın 26-da keçirilmiş referendumda təsis edilən vitse-prezident postlarına təyinatlar bugünlərdə gerçəkləşəcək. Məlumdur ki, fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edilib. Aprelin 12-nə qədər isə digər təyinatların da gerçəkləşəcəyi gözlənilir.

Məlumata görə, vitse-prezidentlərin təyinatı ilə bağlı müddət aprelin 12-də bitir. Çünki prezident İlham Əliyevin referendum nəticəsinin qüvvəyə minməsi ilə bağlı 12 oktyabr 2016-cı ildə verdiyi sərəncamın 6 ayı tamam olur. Sərəncamda Nazirlər Kabinetinə altı ay vaxt verilir ki, hüquqi-aktların konstitusiya dəyişikliyinə uyğunlaşdırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Çünki gözlənilən köklü islahatların həyata keçirilməsi üçün ilk olaraq hüquqi baza yaradılmalı və ondan sonra bu islahatlar həyata keçirilməlidir.


 
Hakimiyyətə yaxın mənbənin dediyinə görə, vitse-prezidentlərin təyinatı ilə paralel olaraq iki strukturda-Nazirlər Kabinetində və Bakı Şəhər İcra Hakimiyyətində ciddi dəyişikliklər gözlənilir.

Mənbə baş nazir Artur Rəsi-zadənin son günlər görünməməsinə xüsusi diqqət çəkir. Bildirilir ki, baş nazir Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfərində rəsmi şəxslər arasında olmayıb. Mənbə bildirib ki, baş nazirlə bərabər onun ən azı bir müavini də işi ilə vidalaşmalı olacaq. Belə ki, struktur dəyişikliyindən sonra baş nazirlə bərabər onun fövqəladə hallar üzrə müavini Abid Şərifov da yola salınacaq. A.Rəsi-zadənin yeri bilinməsə də, 77 yaşlı A.Şərifov hazırda İsraildədir və onun ağır ürək əməliyyatı keçirdiyi deyilir.

 
Kənd təsərrüfatını kurasiya edən İsmət Abbasovun da baş nazirin müavini statusunu itirəcəyi gələn xəbərlər sırasındadır.
Əsasən birinci vitse-prezidentin kurasiya edəcəyi Nazirlər Kabinetində idarəçiliyə kimin gətiriləcəyi də yəqinləşib. Amma bu istiqamətdə hazırda məlumatlar o qədər çoxdur ki, hansının yanlış, hansının doğru olduğunu demək çətindir. Bildirilir ki, kabinetə başçılığın baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilməsi daha real görünür. Uzun illərdir birinci müavin olan Y.Eyyubovun bacarıqlı təşkilatçı olduğu deyilir. Y.Eyyubovun Rusiyanın siyasi və iqtisadi komandası ilə yaxın əlaqələri var ki, bu da baş nazir təyinatından sonra Azərbaycana əlavə divident gətirə bilər. Amma hazırda işləyən nazirlərdən daha iki nəfərin də adı baş nazir iddiaçıları sırasındadır.



Ana səhifəyə qayıt        Baxış: 1 242          Tarix: 5-04-2017, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma