Xəbər lenti
 
İnsan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BakuPost-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Əli Nuriyev də oğlunun böyrək problemi olduğunu deyib:
 
"2015-ci ildə Vahab mənə böyrək tapmaqda və Tbilisidə əməliyyat etdirməkdə kömək edib. Böyrəyi Rüstəm adlı şəxsdən aldıq. 15 min manat pul ödədik. Əməliyyat normal keçdi. Lakin uşağının böyrəyində yenə də problem yarandı, hazırda dializdədir”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ə.Nuryevin ödədiyi pul donora, həkimlərə ödənib, ona isə zəhmət haqqı olaraq 1000 manat qalıb. 
Digər şahid Sevil Səfərli qeyd edib ki, oğlu Vüsal Səfərli böyrək çatışmazlığından əziyyət çəkib: "Oğlum dəfələrlə komaya düşmüşdü. Vəziyyəti çox pis idi. Məni Vahiblə tanış etdilər. O mənə böyrək tapa biləcəyini dedi. Xudadatov böyrək tapmaqda və əməliyyat edilməkdə köməklik etdi, onu yenidən həyata qaytardıq. 12500 dollar pul verdik və əməliyyat Gürcüstanda oldu. Məbləğin 500 dolları Vahaba zəhmət haqqı olaraq çatıb”.
Proses sentyabrın 9-da davam edəcək. 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində 27 zərərçəkmiş var. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstanda və Tacikistanda baş tutub. Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən "Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və Mohsen Tahiri haqqında cinayət işi ayrılıb və hər ikisini intepol xətti ilə beynəlxalq axtarışa verib. \\Medicina.az 



Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 2-09-2019, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma