Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ovqat.com bildirir ki, APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib. Şahid ifadə verən zaman mikrofonun işləmədiyi məlum olub. Bu zaman jurnalistlər şahiddən yüksək səslə danışmağı xahiş ediblər. Hakim Z. Ağayev isə jurnalistlərin zalı tərk etmələrinə göstəriş verib. Təqsirləndirilən şəxslər buna etiraz ediblər.
Budan sonra hakim prosesin mayın 8-dək təxirə salındığını bildirib.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.
Paylaş: