Xəbər lenti

 

Bu süjetimizdə təcili tibbi yardım briqadaları ilə bağlı vacib bir məqamı gündəmə gətirmişik. Söhbət ondan gedir ki, ölkədə, xüsusilə də paytaxt Bakıda əhalinin sayı və sıxlığı son illərdə xeyli artıb. Ancaq problem ondadır ki, təcili tibbi yardım briqadalarının sayı bu sıxlığa adekvat deyil. Məsələyə İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin də münasibətini öyrənmişik. Qurumdan təcili tibbi yardım xidmətində bir sıra yeniliklərin olacağı bildirilidi.

İcbari Tibbi Sığortanın artıq 23 inzibati ərazidə tətbiqi ilə birlikdə ölkə əhalisinin təcili yardım stansiyaları və avtomobillərlə təminatı məsələsi də gündəmdədir...

Bir çox hallarda ekspertlər iddia edirlər ki, təcili yardım stansiyalarında mövcud olan təcili yardım briqadalarının sayı əhalinin sayına və sıxlığına adekvat deyil və hələ də sovet dönəmində olan göstəricilər əsasında fəaliyyət göstərirlər.

Məsələ ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin statistika şöbəsinin müdiri Tural Qulu "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, hazırda təcili tibbi yardım avtomobillərinin əhalinin sayına uyğunlaşdırılması kimi yazılı bir təcrübə yoxdur. Ancaq hazırda agentlik bunun üçün milli standartların hazırlanması üzərində çalışır. Bu istiqamətdə ən önəmli addımlardan biri təcili yardım çağırışlarının kateqoriyalara ayrılmasını təmin etməkdir.

Bundan başqa, təcili yardımın keyfiyyətinin yüksəldilməsi üçün avtomobillərin komplektləşdirilməsi və yeniləri ilə əvəzlənməsi də gündəmdədir.

Agentlik rəsmisinin sözlərinə görə, aparılan təhlil və araşdırmalar nəticəsində icbari tibbi sığortanın tətbiqi çərçivəsində təcili tibbi yardım xidmətində keyfiyyətin əhəmiyyətli dərəcədə artırılmasına nail olmaq hədəflənir. Tural Qulu deyib ki, icbari tibbi sığortanın tətbiqi ilə birlikdə gələcəkdə təcili tibbi yardıma edilən müraciətlərin də artacağı gözlənilir. Buna görə təcili yardım xidmətinin hər yerdə yeni avadanlıqlarla və təcrübəli işçi heyəti ilə təmin olunması qarşıda duran əsas məqsədlərdən biridir. \\xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 578          Tarix: 8-01-2020, 21:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma