Xəbər lenti


"Koronavirus çox ciddi məsələdir. Bu məsələnin özü milli təhlükəsizlik məsələsidir.

Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir.

Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq".
 
Modern.az xəbər verir ki, bunu İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihənin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov bildirib.
 
"Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın.

Bu onun və özünün təhlükəsizliyinin qorunmasıdır.

Biz cərimə məsələsini daha sərtləşdirməliyik. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur.

Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.



Ana səhifəyə qayıt        Baxış: 2 982          Tarix: 29-06-2020, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma